Əli Əhmədov Makedoniyalılarla görüşüb

eli-ehmedov-makedoniyalilarla-gorusub
Oxunma sayı: 642

YAP-n mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiyanın mərkəzi qərargahında keçirilmiş görüşdə Əli Əhmədov qonaqları salamlayaraq onların ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə edib. Ə. Əhmədov səfərin Azərbaycan və Makedoniya gəncləri arasında dostluğun möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulamış və bundan sonra da əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı layihələrin gerçəkləşdiriləcəyinə ümidvar olduğunu bildirib. YAP-ın Azərbaycanda ən güclü siyasi partiya olduğunu deyən icra katibi partiya üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğunu bildirib. O, hər iki partiyanın gənclərinə sıx əlaqələr qurmağı və dostluq münasibətlərini inkişaf etdirməyi tövsiyə edib.

Makedoniyalı gənclərə Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlardan, son illərdəki nailiyyətlərindən, ölkədə iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə məlumat verən YAP Sədrinin müavini Azərbaycan və Türk gənclərinin birliyinin artıq böyük bir ənənəyə söykəndiyini qeyd edib. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov bu gün də bu fikrin vacibliyini xüsusi vurğulayıb.

Nümayəndə heyətinin üzvləri - Makedoniya Türk Demokratik Partiyasının Gənclər Forumunun sədr müavini Fuad Hacı Eyyub Azərbaycana səfərin onlarda böyük təəssürat yaratdığını bildirib. Qonaq Bakı şəhərinin inkişafına diqqət çəkərək şəhərin gözəlliyini xüsusi vurğulayıb. F.Hacı Eyyub gənclər arasında əlaqələrin Makedoniya ilə Azərbaycan arasında bir körpü olacağına inandığını da qeyd edib. Təmsil etdiyi partiyanın fəaliyyəti haqqında məlumat verən qonaq Makedoniya Türk Demokratik Partiyasının bu ölkənin parlamentində 1 deputat, hökumətdə isə 1 nazirlə təmsil olunduğunu söyləyib. O, hər iki partiyanın gəncləri arasında geniş əməkdaşlıq imkanları olduğunu bildirib.

Sədan