Əli Əhmədov Pakistanın ölkəmizdəki səfiri ilə görüşdü

eli-ehmedov-pakistanin-olkemizdeki-sefiri-ile-gorusdu-
Oxunma sayı: 677

YAP-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz, eləcə də, Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

YAP Sədrinin müavini Əli Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verilib, Pakistan Senatının erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımını tanıdığı üçün minnətdarlıq edilib.

Görüşdə YAP –ın İcra katibinin müavini Siyavuş Novruzov iştirak edib.