Əli Əhmədov Sarkisyana sərsəm dedi

eli-ehmedov-sarkisyana-sersem-dedi
Oxunma sayı: 633

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Sarkisyanın BMT-dəki çıxışı zamanı Dağlıq Qarbağın heç bir zaman Azərbaycana qayıtmayacağına dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. İcra katibi bildirib ki, dünya dəyişir və bu proses hamının gözü qarşısında baş verir. Dəyişən dünyanın parametrlərindən biri də təcavüzə, işğalçılığa, başqasının torpaqlarını tutub işğal altında saxlamaq siyasətinə bütün dünyanın "yox" deməsindən ibarətdir.


“Digər bir tərəfdən Azərbaycanın mövqeləri, dünyadakı əhəmiyyəti gündən-günə artmaqdadır. Eynilə, Avropa məkanında Azərbaycanın nüfuzu artmaqdadır. Bunların hamısı Dağlıq Qarabağ münaqişəsinin həll ilə əlaqədar aparılan danışıqlar porsesində Azərbaycanın mövqeyini mövkəmləndirir. Təbii ki, Azərbaycanın mövqelərinin güclənməsi əks tərəfin, yəni Ermənistanın mövqelərinin zəifləməsi ilə müşahidə olunur. Serj Sarkisyan itirilən mövqeyini yalnız ucadan səsləndirilən bəyanatlar kimi görünən çıxışları ilə kompensasiya etmək fikrindədir. Ermənistanın iqtisadiyyatı çökməkdədir, əhali ölkəni tərk edir. Bu yaxınlarda Ermənistan guya ki, hərbi parad keçirdi. Bir daha məlum oldu ki, Ermənistanın ordusu da özününkü deyilmiş. Bütün bunlardan sonra belə bir bəyanatın səsləndirilməsi Ermənistanın bir daha qatı təcavüzkar olmasından xəbər verir. Sarkisyanın bəyanatını təcavüzkarlığın ən qatı formada və yüksək tribunadan səsləndirilməsi kimi qiymətləndirmək olar”.