Əli Həsənovdan imza günü

eli-hesenovdan-imza-gunu
Oxunma sayı: 646

Türkiyənin "Bab-ı Ali" nəşriyyatında türkcə nəfis tərtibatda çapdan çıxmış kitabın imza mərasimində qardaş ölkənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, burada səfərdə olan azərbaycanlı jurnalistlər, sərgiyə gəlmiş yerli və əcnəbi yazıçılar iştirak ediblər.

Doqquz fəsil, 460 səhifədən ibarət kitabda dünyanın əsas güc mərkəzlərinin Azərbaycanın da daxil olduğu Avrasiya coğrafiyasında siyasəti, bunun Xəzər hövzəsi və Cənubi Qafqazdakı proseslərə təsiri ətraflı təhlil edilib.

Mərasim iştirakçıları nəşrin əhəmiyyətini yüksək qiymətləndirərək kitabın universitet tələbələri, siyasətçilər üçün qiymətli mənbə olduğunu bildiriblər.

Müəllif, professor Əli Həsənov mərasimə qatılan yerli və əcnəbi oxucular üçün "Geopolitika" kitabını imzalamış və onlara hədiyyə edib. /Azərtac/