Əli Həsənovun cəbhədəki vəziyyətlə bağlı CNN-ə - Açıqlaması

Əli Həsənovun cəbhədəki vəziyyətlə bağlı CNN-ə
Oxunma sayı: 3128

“Azərbaycan dünəndən etibarən atışmanı dayandırıb. Lakin əgər Ermənistan tərəfi gərginliyə davam edərsə, Azərbaycan da özünü müdafiə edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “CNN Türk”ə açıqlamasında bildirib.

“Müharibədə belə vəziyyət olur, amma Ermənistanın törətdiyi təxribat çox böyükdür. Azərbaycan da qarşılıqlı olaraq öz müdafiəsinə qalxdı”, - deyə Əli Həsənov vurğulayıb.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə baş verən təxribat nəticəsində Silahlı Qüvvələrin 12 əsgəri şəhid olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi