Əli İnsanov Ali Məhkəmənin sədrini məhkəməyə verdi

eli-insanov-ali-mehkemenin-sedrini-mehkemeye-verdi
Oxunma sayı: 1377

 

“Qafqazinfo” xəbər verir ki, Vəkil Toğrul Babayev “Turan”a bildirib ki, sabiq nazir Rzayev və Əsgərovu Avropa Məhkəməsinin qərarını icra etməməkdə günahlandırır. Avqustun 29-da iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub. 

Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovla bağlı qərarını 2013-cü il martın 14-də açıqlayıb. Məhkəmə İnsanovun işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti keçmiş nazirə 10 min avro kompensasiya da ödəməlidir.

Avropa Məhkəməsinin qərarı iyunun 14-də qüvvəyə minib. Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır. Vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarının Ali Məhkəməyə təqdim edib. Lakin indiyədək İnsanova işin Ali Məhkəmənin plenumuna çıxarılması ilə bağlı hər hansı rəsmi məlumat verilməyib.

2005-ci ildə tutulan sabiq nazir korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb.