Əli İnsanov şikayət verdi

eli-insanov-sikayet-verdi
Oxunma sayı: 1247

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Qaradağ rayon Məhkəməsinin onun barəsində çıxardığı hökmündən apellyasiya şikayəti verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ə.İnsanovun vəkili Toğrul Babayev bildirib.

Vəkil qeyd edib ki, şikayət artıq Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Apellyasiya şikayətində hökmün ləğv edilməsi və Ə.İnsanova bəraət verilməsi istənilib.

Xatırladaq ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan Ə.İnsanov apellyasiya şikayəti verib.