Əli Kərimli ABŞ diplomatı ilə nədən danışıb?

eli-kerimli-abs-diplomati-ile-neden-danisib
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, A.Berq Azərbaycana yeni təyinat aldığı üçün Ə.Kərimli ona rəhbəri olduğu partiyanın tarixi, Azərbaycanın müstəqilliyi və demokratikləşməsi uğrunda xidmətləri barədə məlumat verib.

Sonra tərəflər ölkədəki ictimai-siyasi vəziyyəti geniş müzakirə ediblər: “Xüsusən müxalifətin ölkədə demokratik dəyişikliklər uğrunda göstərdiyi səylər müzakirə mövzusu oldu. Azərbaycan mətbuatına, siyasi partiyalara qarşı təzyiqlərə, sərbəst toplaşmaq azadlığının təmin olunmamasına toxunuldu. İctimai Palata tərəfindən ictimai müzakirələrə və hökumətə təqdim olunmuş ”Demokratiyaya keçidin yol xəritəsi” ətrafında fikir mübadiləsi aparıldı. Xüsusi olaraq ölkədəki siyasi məhbusların - 2 aprel mitinqi ilə bağlı həbs olunmuş müxalifət funksionerlərinin taleyi ilə bağlı müzakirələr aparıldı”.