Əli Kərimli Baş Prokurorluğa çağırıldı - Yenilənib

Əli Kərimli Baş Prokurorluğa çağırıldı
Oxunma sayı: 3899

AXCP sədri Əli Kərimli Baş Prokurorluğa dəvət edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın üzvləri sosial şəbəkədə məlumat yayıblar. Qeyd edilib ki, Əli Kərimli rəsmi çağırışla həftənin 5-ci günü, saat 10:30-da prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

***

AXCP sədri Əli Kərimli Baş Prokurorluğa çağırılması ilə bağlı açıqlama yayıb. O bildirib ki, rəsmi bildirişdə çağırışın səbəbi kimi partiya üzvü olmayan şəxslərə saxta üzvlük vəsiqəsi verilməsi məsələsi göstərilib: “Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar. Mənim müavinim Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar”.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi