Əli Kərimli Ərdoğanı təbrik edib

eli-kerimli-erdogani-tebrik-edib
Oxunma sayı: 716

“Qafqazinfo”nun məlumatına görə, partiya sədri məktubda bildirib ki, bu, Ərdoğanın liderliyində AKP hökumətinin ötən müddətdə Türkiyə və Türk xalqı üçün gördüyü işlərin uğurunu və türk xalqının bu fəaliyyətə verdiyi qiyməti təsdiq edir.

Əli Kərimli onu da vurğulayıb ki, bu seçkinin nəticələri Türkiyənin Yaxın Şərqdən Qafqazlara qədər böyük bir coğrafiyada oynadığı pozitiv rolu artırır. “Ümidvaram ki, regionumuzda barış və demokratiya naminə çalışmalarınız bundan sonra daha qətiyyətlə davam edəcək”, - deyə Kərimli bildirib.

Bu seçkinin nəticələrini demokratik seçki nümunəsi hesab edən Əli Kərimli qeyd edib ki, seçkinin əsl qalibi həqiqətən də Türkiyə və türk xalqıdır.

Fatimə Kərimli