Əli Kərimli ilə Cəmil Həsənli saxlanılıb - Milli Şura sədrinin halı pisləşib+ Yenilənib

eli-kerimli-ile-cemil-hesenli-saxlanilib
Oxunma sayı: 11404

Bu gün Şəhidlər Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

Ə.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

***

Virtualaz.org xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb.

Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib.

***

Oqtay Gülalıyev sosial şəbəkədə hazırda Səbail Polis İdarəsinin qarşısına toplaşdıqlarını və idarəyə iki Təcili Tibbi Yardım avtomobilinin çağırıldığını bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin vəkillə təmin edilmələrinə çalışırlar.