Əli Kərimlidən Dünya İqtisadi Forumuna münasibət

eli-kerimliden-dunya-iqtisadi-forumuna-munasibet
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, Əli Kərimli bu barədə facebook səhifəsində yazıb.Onun sözlərinə görə, bu forum təcrübə mübadiləsi imkanı deməkdir: ”Maraqlıdır ki, Azərbaycan hökuməti forum iştirakçıları ilə hansı analoqu olmayan, qabaqcıl təcrübəsini bölüşəcək?

- 10 milyardlarla manat dövlət pullarını xarici banklarda illik 1-2%-lə saxlayaraq, vətəndaşını yerli banklardan illik 20-24%-lə kredit almağa məcbur etmək bacarığınımı?

- Ölkənin daxilində istehsal olunmayan məhsullara, məsələn, avtomobilə fantastik dərəcədə yüksək gömrük rüsumu təyin etməklə ölkədə süni şəkildə bahalıq yaratmaq təcrübəsinimi?

- 1 milyard 250 milyon dolları təkcə bir parkın (Qış bulvarı) salınmasına xərcləmək bacarığınımı? Yoxsa, başqa ölkələrdə 150-200 milyon dollara başa gələn stadionun tikinti xərclərini 800 milyon dollara (640 milyon manat) qədər şişirtmək bacarığınımı?

- Bəlkə regionların inkişaf proqramını "uğurla həyata keçirdikdən" sonra ölkənin regionlarının dövlət büdcəsindən subsidiyalara ehtiyacının kəskin artmasının, regionların daha da müflisləşməsinin sirlərini?

- Yoxsa, yağ, qənd istehsalından tutmuş qızıl istehsalına, bank işinə qədər ən müxtəlif iqtisadi sahələrin inhisarının hakim ailənin əlində necə cəmləşdirilməsinin sirlərini paylaşacaqlar?”.