Əli Mirəliyev Nazpəri barəsində dediklərini indi danır

eli-mireliyev-nazperi-baresinde-dediklerini-indi-danir-
Oxunma sayı: 716

Onunla münaqişəm olması və bu səbəbdən də çıxıb haqqında danışdığım barədə xəbərlər yersizdir. Mən sadəcə demişəm ki, bəzən mahnılara əlavə xallar vurur. Bunu musiqi adamı kimi demişəm. Mənim o xanım haqqında təhqir və ya başqa fikirlərim ola bilməz”. Bu sözləri “Qafqazinfo”ya müğənni Ə. Mirəliyevə istinadən N. Dostəliyevanın mətbuat katibi deyib. Onun sözlərinə görə, sənətçi Ə. Mirəliyev xalq artisti Nazpəri Dostəliyeva ilə aralarındakı münasibətin təhrif olunmuş şəkildə mətbuata çıxmasına etiraz edib: “Bundan sonra Nazpəri Dostəliyeva barəsində mənə sual verməyin. Bu mənim onun barəsində son fikirlərimdir”.