Əliağa Vahidin oğlu narazılıq etdi

Əliağa Vahidin oğlu narazılıq etdi
Oxunma sayı: 4172

Bu gün-18 fevral Azərbaycan klassik şeirinin ən güclü nümayəndələrindən olan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, Azərbaycanın ilk Dövlət Mükafatı laureatı olan qəzəlxan Əliağa Vahidin ad günü kimi qeyd olunur. Vikipediya elektron ensiklopesiyası və başqa mənbələrdə İsgəndərov Əliağa Məmmədqulu oğlunun 1895-ci ilin 18 fevralında Bakının Masazır adlanan ərazisində anadan olduğu göstərilir.

Elə sosial şəbəkələrdə də Vahidi təbrik məqsədilə qəzəlxanın qəzəlləri paylaşılır, barəsində tərifli sözlər yazılır.

"Qafqazinfo" xəbər verir ki, qəzəlxanın oğlu Ramiz Vahidoğlu Modern.az saytına açıqlamasında atasının doğum gününün əslində, bu gün deyil, dünən olduğunu qeyd edib. O, anım günündə böyük qəzəlxana olan münasibətdən də danışıb:

“Atam Əliağa Vahidin ad günü dünən idi-fevralın 17-də. Amma heç bir televiziya kanalı onun haqqında hansısa veriliş, süjet göstərmədi. Haqqında yazılan yeni kitab da hələlik yoxdur. Mənim özümün yeni qəzəllər kitabım Novruz bayramı ərəfəsində işıq üzü görəcək”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi