Əlibəyliyə qaz verildi

elibeyliye-qaz-verildi
Oxunma sayı: 644

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və “Azəriqaz” İB-nin nümayəndəsi Kamandar Eyvazov çıxış edərək sakinləri əlamətdar bayramlar, habelə kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə təbrik etmiş, ölkə əhalisinin təbii qaz ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, son illərdə rayonun 6 kəndi, o cümlədən cari ildə Qorağan və Marsan kəndləri təbii qaz ilə təmin olunublar. Rayon üzrə qaz istifadəçilərinin sayı artaraq 5 min 577 abonentə çatıb. Tezliklə Almalı kəndində də qazlaşdırılma işləri yekunlaşacaq. Növbəti ildə isə İlisu, Ağçay, Şotavar, Tasmalı, Zəyəm və digər kəndlərin qazlaşdırılmasına başlanılacaq.
Diqqətə çatdırılıb ki, Əlibəyli kəndinin qazlaşdırılması üçün magistral qaz xəttindən 5,5 kilometr uzunluğunda yeraltı daşıyıcı və kəndin daxilində 30 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkilib. Kənddə 550 abonent təbii qaz ilə təmin olunacaq. Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, dövlət başçısını 50 illik yubileyi münasibətilə təbrik ediblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və evlərə təbii qaz verilib.