Əlillər günü ilə bağlı tədbir keçirildi

eliller-gunu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 638


“Qafqazinfo”nun məlumatına görə, tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb.

A.Əsgərov bildirib ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuş, 2 nəfərə əlil arabası verilib, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilib, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunub, iyul ayında Səbail rayon İcra Hakimiyyətində Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun «Əlillərin və Sağlamlıq İmkanları Məhdud olan İnsanların Hüquqlarının Müdafiəsi və onların cəmiyyətə inteqrasiyası» layihəsinin təqdimat mərasimi keçirilib.

Həmçinin qeyd olunub ki əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 695 nəfər uşaq 11 illik təhsil alır. Onlara 260 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2011-2012-ci təhsil ilinin yekununda məktəbin 102 məzunu (58%) respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olub.

RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunub və maddi yardım göstərilib. Tədbirdə iştirak edən əməkdar artist Aygün Bəylər, populyar müğənni Aslan Hüseynov, rəqqasə Fatimə, «Vüqar» nəfər qrupu və bir çox gənc incəsənət xadimləri, şən klounlar öz mahnıları və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı ediblər.