Əlillər mükafatlandırılıdı

eliller-mukafatlandirilidi
Oxunma sayı: 637

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə mərasimdə iştirak edən Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkar edilərək cəmiyyətə təqdim olunması, yaradıcılıq nümunələrinin təbliği, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması baxımından belə tədbirlərin xüsusi önəm kəsb etdiyini deyib.

Bundan sonra sərgi-müsabiqənin qalibləri elan olunub və onlara mükafatlar təqdim olunub. Beləliklə, sərgi-müsabiqədə fərqlənən 30 nəfər əlil müəllifə mükafatlar təqdim olunub. Eyni zamanda, 6 nəfər iştirakçıya həvəsləndirici diplomlar, sərgi-müsabiqənin yer tutmayan iştirakçılarının hər birinə maddi yardım və təşəkkürnamə verilib.