Əlillər üçün tədbir

eliller-ucun-tedbir
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva tədbir iştirakçılarını 3 dekabr - Beynəlxalq Əlillər günü münasibətilə təbrik edib. Əlillərə qayğının daim dövlətimizin diqqət mərkəzində olduğunu deyən millət vəkili bildirib ki, Azərbaycan BMT və Avropa Şurasının (AŞ) əlillərin hüquqları ilə bağlı konvensiyalarına qoşulmaqla yanaşı, bu məsələni özünün dövlət prioritetləri sırasına daxil edilib.

Azərbaycandakı əlillərin hərtəfli dövlət qayğısı ilə əhatə olunduğunu deyən Qənirə Paşayeva əlilliyin qarşısının alınması, onların reabilitasiyası, sosial müdafiələrinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, pulsuz müalicə olunmaları, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etmələri, müvafiq işlə təmin olunmaları istiqamətində çoxlu sayda dövlət proqramlarının hazırlanaraq həyata keçirildiyini bildirib və bu istiqamətdə işlərin getdikcı sürətləndiyini söyləyib.
Tədbirdə iştirak edən ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, London Paralimpiyasının qalibi Ramin İbrahimov və digər paralimpiyaçılarımız çıxış edərək fiziki cəhətdən qüsurlu olmalarından heç vaxt utanmadıqlarını, sınmadıqlarını bildiriblər və hər zaman onlara göstərilən dövlət qayğısından razı qaldıqlarını deyiblər.

Tədbirdə əməkdar artist Tünzalə Ağayeva tədbir iştirakçılarını təbrik edərək konsert proqramı ilə çıxış edib.

Daha sonra internat evinin direktoru Qətibə Əsədova çıxış edərək əlillər günü münasibətilə belə bir tədbirin keçirilməsini yüksək qitmətləndirib və öz təşəkkürünü bildirib.

Sonda internat evinin sakinlərinə hədiyyələr təqdim edilib.