Əlillərə protez-ortopedik bərpa xidməti göstərilib

elillere-protez-ortopedik-berpa-xidmeti-gosterilib
Oxunma sayı: 683

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu sahədə növbəti tədbir kimi, iyulun 27-də Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası tərəfindən Şəki şəhərində bir qrup əlilə səyyari formada protez-ortopedik bərpa xidməti göstərilib. Ümumiyyətlə, son üç gün ərzində həmin briqada tərəfindən Şamaxı-Şəki bölgəsi üzrə 40 nəfərə yaxın əlil şəxs protez-ortopedik bərpa xidməti ilə təmin edilib.

Qeyd edək ki, il ərzində Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 5500-dən çox əlil şəxsə, o cümlədən müxtəlif bölgələrdə səyyar formada 300 nəfərə yaxın əlil şəxsə protez-ortopediya xidməti göstərilir.