Əlillərin hüquqları ilə bağlı seminar

elillerin-huquqlari-ile-bagli-seminar-
Oxunma sayı: 638

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininmətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllinə cəmiyyətin dəstəyinə nail olmaqdır.

Tədbir iştirakçılarına VMİB-nin həyata keçirdiyi layihənin mahiyyətinə dair geniş məlumat verilib. VMİB-nin sədri Emin Xanlarov bildirib ki, fiziki məhdudiyyətli şəxslərə mövcud potensiallarını dürüst qiymətləndirilmələri və həmin potensialı bu və ya digər fəaliyyət sahəsində gerçəkləşdirmək, beləliklə də, öz potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmək üçün şəraitin yaradılması günümüzün vacib məsələlərindən biridir. Müasir dünyada sınanmış mütərəqqi sosial reabilitasiya mexanizmlərinin ölkəmizə gətirilməsi və ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə tətbiq edilməsi işlərinə artıq başlanılıb və bu işdə VMİB fəal iştirak edir.

Tədbirdə iştirak edən QHT rəhbərlərindən Potensial SMB-nin sədri Sahib Fərzəliyev, Gözdən əlillər cəmiyyəti Sumqayıt şöbəsinin sədri Tamam Cəfərova, Bizim şəhər İB-nin sədri Mətanət Zeynalova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt Şəhər Şöbəsinin sədri Tərlan Hacızadə, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şöbəsinin sədri Mətanət Məhərrəmova və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini rastlaşdıqları problemlər və onların həlli ilə bağlı təkliflərini səsləndiriblər
Sonda iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılmış və onlara mövzu ilə bağlı maariflənddırici vəsaitlər təqdim olunub.

Qeyd edək ki, seminarda yerli QHT və media təmsilçiləri, ictimaiyyətin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları, iştirak ediblər.