Əlillərlə bağlı hazırlanmış yeni layihənin müzakirə olundu

elillerle-bagli-hazirlanmis-yeni-layihenin-muzakire-olundu
Oxunma sayı: 653

Nazirliyin İctiaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlulat görə, dəyirmi masada qeyd olunub ki, ölkəmiz BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaqla öz üzərinə mühüm öhdəliklər götürüb. Konvensiyanı ratifikasiya etmiş iştirakçı dövlətlər əlilliyi olan şəxslərin bir fərd kimi cəmiyyətdə maksimum səviyyədə müstəqillik əldə etməsi və onu saxlaması, tam fiziki, əqli, sosial və peşə bacarığına malik olması üçün hüquqi, iqtisadi, sosial şəraitin yaradılmasını təmin etməlidir. Bu məqsədlə həmin ölkələrdə əlilliyi olan insanların cəmiyyətə tam inteqrasiyası istiqamətində proqramların, strategiyaların hazırlanması və həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilir.

Konvensiyaya qoşulan Azərbaycanda da əlil insanlarla bağlı tədbirlərin daha effektiv təşkili, həmin şəxslərin iqtisadi müstəqilliyinin artırılması, onların həyatın bütün sahələrində maneəsiz iştirakına geniş şərait yaradılması üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən konkret və məqsədyönlü işlər görülməkdədir.

Belə ki, nazirlik tərəfindən “2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı”nın, “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları”nın layihə sənədləri, həmçinin “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı rəy və təkliflər hazırlanıb.

Layihə sənədlərində 2012-2015-ci illərdə əlillərin sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, onların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərinin həmin insanlar üçün müyəssərliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər əksini tapır. Bununla yanaşı, reabilitasiya tədbirlərinin səmərəsinin artırılması və bu sahəyə dinamik nəzarətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslərin fərdi şəkildə reabilitasiyasına xidmət edən qaydaların tətbiqi nəzərdə tutulur.

Dəyirmi masada hazırlanmış yeni layihə sənədləri, habelə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanmış rəy və təkliflər ətrafında geniş müzakirələr aparılıb, yeni layihələrlə bağlı təkliflər təqdim olunub.