Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

elilliye-gore-pensiyalarin-da-elektron-qaydada-teyinatina-baslanib
Oxunma sayı: 643

Yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur.

"Qafqazinfo"ya daxil olan məlumata görə, əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.

Beləliklə, əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması, süründürməçilik, neqativ halların baş vermə ehtimalı tam aradan qalxıb, bu istiqamətdə də şəffaf və çevik pensiya təyinatı mexanizmi qurulub.