Əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri nümayiş etdiriləcək

elilliyi-olan-sexslerin-yaradiciliq-numuneleri-numayis-etdirilecek
Oxunma sayı: 640

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” daxil olan məlumata görə, tədbir çərçivəsində həmçinin Ümummilli lider Heydər Əliyevin əlilliyi olan şəxslərə qayğısını, ulu öndərin əlillərlə bağlı keçirilən tədbirlərdə iştirakını əks etdirən film və fotostend təqdim olunacaq. Hazırda tədbirlə bağlı təşkilatı işlər aparılır. Qeyd edək ki, tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı nazirliyin xüsusi Tədbirlər Planı çərçivəsində keçiriləcək.