Əlilliyin müəyyən edilməsi üçün göndəriş formasında yenilik

elilliyin-mueyyen-edilmesi-ucun-gonderis-formasinda-yenilik
Oxunma sayı: 685

Tədbirdə Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov səhiyyə müəssisələri tərəfindən verilən 88 nömrəli göndəriş formasının əlilllik müayinəsinin aparılması üçün ən ilkin və vacib sənəd olduğunu, vətəndaş tərəfindən TSEK-ə elektron qaydada müraciət zamanı həmin göndəriş formasının skan edilmiş şəkildə təqdim olunmasının həm vaxt itkisi, həm də texniki baxımdan vətəndaşlar üçün çətinliklər yarada biləcəyini deyib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətin tətbiqi işləri aparılır. Bu xidmət əlillik təyinatlarının aparılması prosesində vətəndaşlarla TSEK əməkdaşları arasında birbaşa ünsiyyətin minimuma endirilməsində, əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında, əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanması prosedurlarının sadələşdirilməsində xüsusi önəm kəsb edir. Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazası gücləndirilib, həmçinin Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində həmin strukturlar kompyuter avadanlıqları ilə təmin edilib.

Müzakirələr zamanı səhiyyə müəssisələri ilə TSEK-lər, eləcə də Əlillərin bərpa mərkəzləri arasında elektron məlumat mübadiləsinə, o cümlədən əlillik təyinatı üçün 88 nömrəli göndəriş formasının elektron qaydada TSEK-lərə təqim olunmasına imkan verən sistemin qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nigar