“Əlimizdən gələni edəcəyik” - Rahid Əmirquliyev

elimizden-geleni-edeceyik-
Oxunma sayı: 1510

Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev DÇ-2018-nin seçmə mərhələsində Azərbaycan yığması ilə sabahkı ev oyunu öncəsi fikirlərini açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında iştirak edən "Qarabağ"ın yarımmüdafiəçisi matça yaxşı hazırlaşdıqlarını bildirib: Çətin oyun keçəcək. Çünki rəqib çox güclü yığmadır, dünya çempionudur. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Mən də çox danışmağa ehtiyac görmürəm. Sabah meydanda özümüzü göstərməliyik”.