Əlində ilanı oynatdı, baha başa gəldi

elinde-ilani-oynatdi-baha-basa-geldi
Oxunma sayı: 675

Tovuzda ilansancma olub. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Məşədilər kənd sakini 1962-ci il təvəllüdlü Cəfərov Elxan Bəşir oğlu sol əlinin ilan sancması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, E. Cəfərov əlində ilan oynadan zaman ilan onu sancıb.