Əlindəki torbadan 15 kilo narkotik çıxdı - Foto

elindeki-torbadan-15-kilo-narkotik-cixdi
Oxunma sayı: 830

Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov polislər tərəfindən saxlanılıb. 

DİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, onun əlində olan torbanın içindəki 5 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. N.Sadıqov ifadəsində tiryəki satmaq niyyəti ilə həmin şəxsdən aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.