Əliyar Ağayev ABŞ-a köçür?

eliyar-agayev-abs-a-kocur
Oxunma sayı: 2097

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu gün ABŞ-a yollanıb.

“Qafqazinfo” Futbol11.az-a istinadən xəbər verir ki, hakimin okeanın o tayına yollanmasına səbəb heç də beynəlxalq matç idarə etmək deyil.

Gedişə səbəb onun ABŞ hökümətinin hər il bir dəfə keçirdiyi “Green Card”da qalib olmasıdır.

Qeyd edək ki, “Green Card” ABŞ höküməti tərəfindən hər il keçirilən lotoreya yarışıdır. Burada qalib olan vətəndaşlara ABŞ-da işçi vizası və bir neçə ildən sonra isə vətəndaşlıq verilir. Builki qaliblər arasında Ağayevin də adı var. Dünən Topaz Permyer Liqasının 2-ci turunda “Qəbələ” – “Sumqayıt” oyununu idarə edən referi bu gün artıq sözügedən ölkəyə yollanıb.