Əliyar Ağayev “Latsio”nun oyununa təyinat aldı

eliyar-agayev-latsionun-oyununa-teyinat-aldi
Oxunma sayı: 2416

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, o, sentyabrın 20-də Romadakı Olimpiya Stadionunda keçiriləcək “Latsio” – “Apollon” oyununu idarə edəcək. 

“Latsio” (Roma, İtaliya) – “Apollon” (Limassol, Kipr)
20 sentyabr. Roma Olimpiya Stadionu
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
Dördüncü hakim: Mübariz Haşımov.