Əliyar Ağayev “Real Sosyedad”ın oyununda

eliyar-agayev-real-sosyedadin-oyununda
Oxunma sayı: 1495

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, həmyerlimiz L qrupunun oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) qarşılaşmasını idarə edəcək.

Oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq.