Əliyev Alvaradonu prezident seçilməyi münasibətilə təbrik etdi

eliyev-alvaradonu-prezident-secilmeyi-munasibetile-tebrik-etdi
Oxunma sayı: 1017

Prezident İlham Əliyev Honduras prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:

“Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.