Əliyev anasının vəfatına görə həmkarına başsağlığı verib

eliyev-anasinin-vefatina-gore-hemkarina-bassagligi-verib
Oxunma sayı: 1840

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı verib. 

"Qafqazinfo" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Əlahəzrət,

Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"