Əliyev Davosda neft və qazla bağlı sessiyada

eliyev-davosda-neft-ve-qazla-bagli-sessiyada
Oxunma sayı: 894

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin də qatıldığı sessiyada neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.