Əliyev Ərdoğanın iqamətgahında belə qarşılandı - Fotolar+Yenilənib

eliyev-erdoganin-iqametgahinda-bele-qarsilandi
Oxunma sayı: 8085

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ölkədə rəsmi səfərdə olan Azərbaycan dövlət başçısı İlham Əliyevi prezident iqamətgahında qarşılayıb.

“Qafqazinfo” Türkiyə prezidentinin saytına istinadən xəbər verir ki, hər iki dövlət başçısı rəsmi qarşılanma mərasimindən sonra iki ölkə bayrağı qarşısında fotolar çəkdiriblər. 

***

Aprelin 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

İclas başa çatdıqdan sonra İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.