Əliyev Gürcüstan baş naziri ilə TANAP-dan danışdı - Foto

eliyev-gurcustan-bas-naziri-ile-tanap-dan-danisdi
Oxunma sayı: 864

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.