Əliyev İran prezidentinə başsağlığı verdi

eliyev-iran-prezidentine-bassagligi-verdi
Oxunma sayı: 1197

Prezident İlham Əliyev İranda 200 nəfərin ölümünə səbəb olan güclü zəlzələ ilə əlaqədar İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib. 

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".