Əliyev Koreya prezidentinə başsağlığı verib

eliyev-koreya-prezidentine-bassagligi-verib
Oxunma sayı: 1351

Prezident Ilham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə başsağlığı verib. 

"Qafqazinfo" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Miryan şəhərində xəstəxanada baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".