Əliyev Minsk qrupu həmsədrlərini qəbul edib

eliyev-minsk-qrupu-hemsedrlerini-qebul-edib
Oxunma sayı: 1005

Prezident İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.