Əliyev Pakistanın yeni Baş nazirini təbrik etdi

eliyev-pakistanin-yeni-bas-nazirini-tebrik-etdi
Oxunma sayı: 2767

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın yeni Baş naziri İmran Xana təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd olunub:

“Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Pakistanı dost və qardaş xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.