Əliyev Putinə başsağlığı verdi

eliyev-putine-bassagligi-verdi
Oxunma sayı: 980

Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinə başsağlığı verib. 

"Qafqazinfo" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".