Əliyev yarışları Battulqa ilə izlədi - Fotolar+ Yenilənib

eliyev-yarislari-battulqa-ile-izledi
Oxunma sayı: 6886

Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının növbəti günündə Bakı Gimnastika Arenasına gəlib. 

“Qafqazinfo” xəbər verir ki, o, yarışları ölkəmizdə səfərdə olan Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa ilə birgə izləyir.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Uşanqi Kokaurinin yarımfinal oyunu keçirilib. O, özbək rəqibi üzərində ipponla qələbə qazanaraq finala çıxa bilib.  

***

Uşanqi Kokauri gümüş medal qazandı. Həlledici görüşdə Gürcüstan idmançısı Quram Tuşişviliyə məğlub olan Kokauri dünya çempionatını ikinci pillədə başa vurdu.

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal