Əliyevdən təbrik

eliyevden-tebrik
Oxunma sayı: 690

Prezident İlham Əliyev Gürcüstanın prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo" xəbər verir ki, məktubda bildirilir:

"Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu xoş ənənələrə sadiq qalan xalqlarımızın iradəsindən qaynaqlanır.

İnanıram ki, strateji tərəfdaş olan ölkələrimizin birgə reallaşdırdığı irimiqyaslı layihələr, daim genişlənən əməkdaşlığımız bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".