Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
Oxunma sayı: 1600

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm”.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç də  prezident İlham Əliyevə başsağlığı verib:

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən kədərləndirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.
Ölkənizin vətəndaşlarının kədərini bölüşür, həlak olanların ailələrinə səbir diləyirik.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi