Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
Oxunma sayı: 1719

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rus Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
 
“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:
 
“Cənab Prezident. Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümünə səbəb olan yanğın barədə xəbər məni dərindən kədərləndirib. Mən Sizə və yanğın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verirəm. Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani: “Hörmətli cənab Prezident. Bakıda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yanğın hadisəsi barədə xəbər məndə dərin təəssüf və kədər hissi doğurdu. Zati-aliləri, bu ağrılı hadisə ilə bağlı əfqan xalqı adından Sizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi hadisədə əzizlərini itirmiş ailələrin yanında olduğumu və onların kədərini bölüşdüyümü bildirirəm. Xəsarət alanların tezliklə sağalmalarını diləməklə yanaşı, Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram”.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland: “Möhtərəm Prezident. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni dərindən kədərləndirdi. Avropa Şurası adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına başsağlığı verirəm. Avropa Şurası belə bir kədərli vaxtda Azərbaycan xalqının yanındadır”.
 
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin: “Bakıdakı Respublika Narkoloji Mərkəzində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən sarsıtdı və kədərləndirdi. Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatı olaraq bu faciəli hadisə ilə əlaqədar ağrı-acılarınızı bölüşürük. Həmçinin həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, ölənlərə Tanrıdan rəhmət diləyir, xəsarət alanların isə tezliklə sağalmasını arzu edirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi