Əliyevin iştirak etdiyi Soçi sammiti baş tutub, 18 sənəd imzalanıb - Yenilənib

eliyevin-istirak-etdiyi-soci-sammiti-bas-tutub-18-sened-imzalanib
Oxunma sayı: 2156

Soçidə MDB ölkələri dövlət başçılarının sammiti öz işinə başlayıb. “Qafqazinfo” xəbər verir ki, sammiti Rusiya prezidenti Vladimir Putin açıb. O bildirib ki, sammitin gündəliyi çox zəngindir. Əsas diqqət isə ənənəvi olaraq iqtisadi mövzulara ayrılacaq, 

Qeyd edək ki, prezident İlham Əliyev də sammitdə iştirak etmək üçün Soçidə səfərdədir.

Qırğızıstan prezidenti isə son anda səfərdən imtina edib. Buna səbəb Almazbek Atambayevin 15 oktyabr seçkiləri ilə əlaqədar ölkədə kütləvi qarşıdurmanın olacağına dair aldığı xəbərlər olub.  

***

İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.