Əliyevin Rusiya səfərinin vaxtı dəyişdi

eliyevin-rusiya-seferinin-vaxti-deyisdi
Oxunma sayı: 2647

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfərinin vaxtında dəyişiklik olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Rusiya-Azərbaycan İş Şurasının iclasında çıxış edən nazir Azərbaycan prezidentinin Rusiyaya səfərinin əvvəlcədən qeyd olunduğu kimi, avqustun 30-da deyil, sentyabrın 1-də baş tutacağını söyləyib.