Əliyevlə Ərdoğanın 30 dəqiqəlik görüşü... - Fotolar

eliyevle-erdoganin-30-deqiqelik-gorusu
Oxunma sayı: 2014

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimindən öncə görüşü olub.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüş 30 dəqiqə davam edib.

Qeyd olunur ki, Türkiyə lideri mərasimdən öncə Serbiya prezidenti Aleksandr Vuçiçlə də görüşüb.

Danışıqlarda prezident İlham Əliyev də iştirak edib. Mətbuata qapalı keçirilən üçtərəfli görüş 20 dəqiqə davam edib.