Əliyevlə Paşinyanın görüşü Vaşinqtonda keçirilə bilər

Əliyevlə Paşinyanın görüşü Vaşinqtonda keçirilə bilər
Oxunma sayı: 516

“Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi gözlənilir”. “Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş sammitdə Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, görüş barədə öncədən nəsə demək düzgün olmaz: “Bir az da gözləyək. Tərəflər görüşün yeni mərhələsi üçün müəyyən dəqiqləşmə gözləyirlər. Görüşə ev sahibliyi edəcək ölkənin özü onlar üçün münasib zamanla bağlı rəyini verməlidir ki, tərəflər də bu tarixlə əlaqədar müzakirə və qiymətləndirmə aparıb ortaq razılığa gəlsinlər”.

Xatırladaq ki, Prezident İlham Əliyev Baş Nazir Nikol Paşinyanla sonuncu səfər martın 29-da Vyanada görüşüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi