Əliyevlə Putin nələri müzakirə edəcək? - Kreml açıqladı

eliyevle-putin-neleri-muzakire-edecek
Oxunma sayı: 5159

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Vladimir Putinlə İlham Əliyevin bu gün Soçidə baş tutacaq görüşü ilə bağlı danışıb. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, liderlər əvvəlcə məhdud tərkibdə, daha sonra geniş tərkibdə danışıqlar aparacaqlar. Sənədlər imzalanacaq və dövlət başçıları mətbuata bəyanatla çıxış edəcəklər. 

Kremlin mətbuat xidməti bəyan edib ki, Putinlə Əliyev gündəlikdə dayanan ikitərəfli vacib mövzuları müzakirə edəcəklər: “Eyni zamanda, aktual beynəlxalq və regional problematika ilə bağlı fikir mübadiləsi aparılacaq”. 

Qeyd edək ki, sonuncu dəfə Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər.