Əliyevlə Sarkisyanın görüşü planlaşdırılır

eliyevle-sarkisyanin-gorusu-planlasdirilir
Oxunma sayı: 798

Sentyabr ayında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının keçiriləcəyi günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü planlaşdırılır.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Amerikanın Səsi” ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbstə istinadən bildirib.

Herbstin sözlərinə görə, bu görüş cəbhə xəttində tərəflər arasında gərginliyin azaldılmasına səbəb ola bilər.

“Amerikanın Səsi” əlavə edir ki, Dağlıq Qarabağda qanlı aprel döyüşlərindən sonra münaqişənin siyasi həlli yollarının tapılması üçün bütün tərəflər arasında etimadın yüksəldilməsi vaxtı yetişib.